Avropa liqası: “Qarabağ” - “Molde” matçı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu Avropa liqasının qrup mərhələsində ilk matçına çıxıb.
Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Norveçin “Molde” kollektivi ilə üz-üzə gəlib.
“Köhlən atlar” ilk hissədə rəqib qapısı qarşısında ardıcıl təhlükəli vəziyyətlər yaratsa da, fasiləyədək hesab açılmayıb. 2-ci yarıda hücumlarını sürətləndirən təmsilçimiz 55-ci dəqiqədə fərqlənib. Leandro Andrade dəqiq zərbə ilə “Molde”nin qapısına yol tapıb:1-0.
Bundan sonra qonaqlar vəziyyəti dəyişməyə çalışsalar da, səyləri nəticəsiz qalıb. Sərfəli hesabı qoruyan “Qarabağ” qrup mərhələsinə qələbə ilə başlayıb.
Qeyd edək ki, “Qarabağ” 2-ci turda “Hakken”in qonağı olacaq. “Molde” isə “Bayer Leverkuzen”i qəbul edəcək. Bu oyunlar oktyabrın 5-i keçiriləcək.
#UEFA Avropa liqası teqi istifadə olunub
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” Avropa Liqasında gücünü göstərdi | Mərakeş niyə Fransadan qisas ala bilmədi? - Baku TV
- Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi | Yeni idman xəbərləri
- Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
