Avropa liqası - "Bayer Leverkuzen" - "Qarabağ" matçı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu UEFA Avropa liqasının qrup mərhələsində növbəti oyununu Almaniyada keçirib.
“Bayer”in qonağı olan “köhlən atlar” 1-5 hesabı ilə uduzublar. Görüşdə ilk qolu 4-cü dəqiqədə Floryan Virts vurub. Komandamızın cavabı 16-cı dəqiqədə gəlib. Toral Bayramov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Bundan sonra təzyiqi artıran meydan sahibləri fasiləyədək 2 dəfə fərqləniblər. Əvvəlcə Aleks Qrimaldo, bir qədər sonra isə Viktor Bonifeys Andrey Lunyovun qapısına yol tapıb. 2-ci yarı da leverkuzenlilərin üstünlüyü şəraitində keçib. 54-cü dəqiqədə Qrimaldo dubl edib. 3 dəqiqə sonra qol vuran Edmon Tapsoba isə qarşılaşmada son nöqtəni qoyub. “Bayer” – “Qarabağ”: 5-1.
Bu qələbə sayəsində Almaniya klubu 9 xalla H qrupunun vahid lideri olub. 3 xal az toplayan Ağdam təmsilçisi isə 2-ci yerdədir.
Qeyd edək ki, “Qarabağ” növbəti turda da “Bayer”lə üz-üzə gələcək. Noyabrın 9-u Bakıda keçiriləcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
