Avropa liqası: "Fənərbağça" və "Beşiktaş" növbəti matçlarını keçiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Avropa liqasındakı təmsilçilərindən “Beşiktaş” bu yarışda növbəti görüşünü Fransa səfərində keçirib.
“Lion”un qonağı olan “qara qartallar” oyundan qalib ayrılıblar.
İlk hissəsi qolsuz yekunlaşan matçda “ağ-qaralar”a qələbəni Jedson Fernandeşin yeganə topu qazandırıb. Yarışda ilk qalibiyyətinə sevinən “Beşiktaş” hazırda turnir cədvəlində 27-ci yerdədir. Baş məşqçi Covanni van Bronkhorstun futbolçuları növbəti turda İsveçin “Malmö” klubu ilə üz-üzə gələcək.
İstanbulun digər komandası “Fənərbağça” isə bu tur “Mançester Yunayted”i qəbul edib. Oyunun ilk hissəsi Kristian Eriksenin qolu sayəsində “qırmızı şeytanlar”ın minimal üstünlüyü ilə bitib. 2-ci yarıya yaxşı başlayan meydan sahibləri 49-cu dəqiqədə tarazlığı bərpa ediblər. Yusuf En-Nesiri fərqlənib. Bundan sonra qapılar qarşısında təhlükəli vəziyyətlər yaransa da, hesab dəyişməyib. “Fənərbağça” – “Mançester Yunayted”: 1-1.
3 görüşdən sonra 5 xalı olan Türkiyə təmsilçisi növbəti matçını Niderlandın “AZ Alkmaar” komandasına qarşı keçirəcək.
#UEFA Avropa liqası teqi istifadə olunub
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” Avropa Liqasında gücünü göstərdi | Mərakeş niyə Fransadan qisas ala bilmədi? - Baku TV
- Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi | Yeni idman xəbərləri
- Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
