Avropa Liqası: "Qalatasaray" - "Dinamo" matçı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” komandası UEFA Avropa liqasında növbəti matçına çıxıb.
“Sarı-qırmızılar” Liqa mərhələsinin 7-ci turunda Ukraynanın “Dinamo Kiyev” kollektivini qəbul edib.
“Rams Park” arenasında keçirilən görüşdə 6 qol vurulub. İlk yarıda meydan sahiblərindən Davinson Sançez və Abdulkerim Bardakçının toplarına qonaqlar Vladislav Vanatın topu ilə cavab veriblər.
Fasiləyə 2-1 hesabı ilə irəlidə yollanan “cimbom” 53-cü dəqiqədə fərqi artırıb. Viktor Osimhen 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Lakin İstanbul nəhəngi qələbə hesabını qoruya bilməyib. 68 və 81-ci dəqiqələrdə Andrey Yarmolenkonun qolları Kiyev təmsilçisini məğlubiyyətdən xilas edib. Oyun 3-3 hesabı ilə bitib.
Bu nəticədən sonra 13 xalı olan “Qalatasaray” yarış cədvəlində 5-ci yerdədir. Baş məşqçi Okan Burukun yetirmələri Liqa mərhələsinin son turunda “Ayaks”la üz-üzə gələcəklər. Bu qarşılaşma yanvarın 30-u Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq.
#Dinamo teqi istifadə olunub
