Pleyeri seçin:

Avropa liqasında 1/4 finalın ilk matçları olub

14 aprel 2023 471 baxış

UEFA Avropa liqasında 1/4 final mərhələsinin ilk matçları keçirilib.

Gərginliyi ilə diqqət çəkən görüşlərdən biri “Mançester Yunayted” və “Sevilya” arasında olub. “Old Trafford” arenasındakı oyunda 4 qol vurulub. Mankunianlar Zabitserin dublu sayəsində ilk hissəni 2-0 hesabı ilə öndə tamamlasalar da, üstünlüyü qoruya bilməyib. Son dəqiqələrdə Malasiya və Maquayrın avtoqollarından sonra tarazlıq bərpa olunub və qarşılaşma 2-2 hesabı ilə yekunlaşıb.

Ötən il Konfrans liqasının finalında “Feyenoord”a qalib gələrək mükafata yiyələnən “Roma” bu dəfə Niderland təmsilçisi ilə bacarmayıb. Rotterdamda baş tutan matçın taleyini Vifferin yeganə qolu həll edib. “Feyenoord” - “Roma”: 1-0.

Eyni hesab “Yuventus” - “Sportinq” görüşündə də qeydə alınıb. “Qoca Sinyora”ya qələbəni qazandıran yeganə qolu 73-cü dəqiqədə Federiko Qatti vurub. “Bayer” və “Yunion” arasında oyun isə sülhlə yekunlaşıb. İki qolun vurulduğu qarşılaşmada Belçika klubundan Bonifasenin topuna leverkuzenlilər Virtsin dəqiq zərbəsi ilə cavab veriblər. “Bayer” - “Yunion”: 1-1.

Qeyd edək ki, Avropa liqasında 1/4 final mərhələsinin cavab görüşləri aprelin 20-si keçiriləcək. 

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

İdman
20 sentyabr 2026 471 baxış
Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

İdman
19 sentyabr 2026 471 baxış
"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

İdman
18 sentyabr 2026 471 baxış
Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

İdman
18 sentyabr 2026 471 baxış
Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV

Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV

İdman
17 sentyabr 2026 471 baxış
Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri

Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri

İdman
17 sentyabr 2026 471 baxış
"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

İdman
16 sentyabr 2026 471 baxış
UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

İdman
16 sentyabr 2026 471 baxış
"İnter" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi | Yeni idman xəbərləri - Baku TV

"İnter" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi | Yeni idman xəbərləri - Baku TV

İdman
15 sentyabr 2026 471 baxış
Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu

Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu

İdman
15 sentyabr 2026 471 baxış
Seçilmişlər
icon