Avropa Liqasında “Qarabağ”a rəqib olan klublar müəyyənləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” komandasının rəqibləri müəyyənləşib.
Monakoda keçirilən püşkatmaya əsasən, “köhlən atlar” İngiltərənin “Tottenhem”, Niderlandın “Ayaks”, Yunanıstanın “Olimpiakos”, Fransanın “Lion”, İsveçin “Malmö” və “Elfsborq”, Norveçin “Budö Qlimt” və Rumıniyanın FCSB klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu ilk görüşünü Bakıda “Ayaks”a qarşı keçirəcək.
Sentyabrın 25-i start götürəcək Liqa mərhələsinin reqlamentinə əsasən, ilk altı tur bu il, son iki tur isə 2025-ci ildə baş tutacaq. Bu raundda 36 komandanın hər biri 8 matça çıxacaq.
Bundan sonra ilk 8-likdə qərarlaşan kollektivlər 1/8 finala yüksələcək. Onların rəqibləri 9-cu 24-cü pillələrin sahibləri arasında pley-off görüşlərindən sonra məlum olacaq. İlk 24-lükdən kənarda qalan 12 komanda isə mübarizəni dayandıracaq.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
