Pleyeri seçin:
Avropanın məşhur klubundan Olavio Juninyoya təklif
“Qarabağ”ın braziliyalı ulduzu Olavio Juninyonu transfer etmək istəyən klubların sayı artmağa davam edir.
Son xəbərlərə görə, “köhlən atlar”ın Avropa liqasında qalib gəldiyi “Braqa” da O.Juninyonu heyətə qatmaq niyyətindədir.
İddia olunur ki, Portuqaliya təmsilçisi 27 yaşlı forvard üçün 4 milyon avro təklif edib. Lakin Türkiyə nəhəngi “Beşiktaş” da hücumçunu transfer etmək istəyir. “Qara qartallar” keçidə görə 5 milyon avro ödəməyə hazırdır.
Bundan başqa, “Adana Dəmirspor” və “Fənərbağça” komandaları da Olavionun dəvətində maraqlıdır.
Qeyd edək ki, ötən ilin yayından “Qarabağ”da çıxış edən O.Juninyonun müqaviləsi 2026-cı ilə qədərdir. Ağdam təmsilçisinin liderlərindən olan hücumçu bütün yarışlarda 43 oyunda 23 qolun müəllifidir.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
