Pleyeri seçin:

Avropanın Top-5 çempionatlarında maraqlı oyunlar oldu

03 aprel 2023 631 baxış

La Liqanın son çempionu “Real” 27-ci turda “Valyadolid”i qəbul edib.

“Santyaqo Bernabeu” arenasında keçirilən və madridlilərin 6-0 hesablı qələbə qazandığı matçda Kərim Benzema parlaq çıxışı ilə diqqət çəkib. İlk hissədə 29 və 36-cı dəqiqələr ərzində het-trik edən kapitan komandanın uğurunda əsas pay sahibi olub. Bundan başqa, “kral klubu”ndan Rodriqo, Asensio və Lukas Vaskesin zərbəsi dəqiq alınıb. İnamlı qələbədən sonra 59 xalla 2-ci pillədə qərarlaşan “Real” lider “Barselona”dan 12 xal geri qalır. 28 xalı olan “Valyadolid” isə 16-cıdır.

A Seriyasının lideri “Napoli” 28-ci turda doğma meydanda “Milan”la bacarmayıb. Neapoldakı görüş “rossoneri”nin 4-0 hesablı qalibiyyəti ilə başa çatıb. Qonaqlardan Rafael Leau dubl edib. Digər qollar Braim Diaz və Salemakersin aktivindədir. Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran “Milan” 3-cü yerdədir. Son 4 matçda 2-ci dəfə uduzan “Napoli” isə 71 xalla ilk pillədəki mövqeyini qoruyur.

Son görüşlərdə qeyri-sabit oyun nümayiş etdirən “Mançester Yunayted” Nyukasl səfərindən əliboş ayrılıb. “Sent-Ceyms Park” stadionundakı qarşılaşmada Villok və Vilsonun qolları sayəsində 2-0 hesabı ilə qalib gələn “sağsağanlar” “Yunayted”lə bərabərləşiblər. 27 turdan sonra hərəyə 50 xal toplayan komandalar 3-cü, 4-cü yerləri bölüşdürürlər.

Liqa 1-də isə hesabat turu Pari Sen-Jermen üçün uğursuz olub. “Lion”u qəbul edən parislilər Barkolanın qolundan sonra 0-1 hesabı ilə uduzublar. Bununla da PSJ 2023-cü ildə keçirdiyi 18-ci görüşdə 8-ci məğlubiyyətini yaşayıb.

Qeyd edək ki, 29 turdan sonra 66 xalı olan PSJ çempionatda liderliyini davam etdirir. Komanda ən yaxın izləyiciləri “Lans” və “Marsel”i 6 xal qabaqlayır.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 631 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 631 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 631 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 631 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 631 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 631 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 631 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 631 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 631 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 631 baxış
Seçilmişlər
icon