Azərbaycan çempionatı: “Neftçi” komandası “Səbail”in qonağı olub
“Neftçi” komandası Premyer liqada növbəti matçına çıxıb.
“Ağ-qaralar” 27-ci turda “Səbail”in qonağı olub.
Qarşılaşmada hesab 17-ci dəqiqədə açılıb. Filip Ozobiç qapını dəqiq nişan alıb.
29-cu dəqiqədə fərq artıb. Elvin Camalov “Səbail”i 2-ci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
Fasilə ərəfəsində Rüfət Abdullazadə toplardan birinin əvəzini çıxıb. İlk hissə 2-1 hesabı ilə yekunlaşıb.
2-ci yarıda meydan sahibləri məğlubiyyətdən qurtulmağa çalışsa da, qonaqlar sərfəli nəticəni qorumağı bacarıblar.
Görüşü qalib tamamlayan “Neftçi” xallarının sayını 31-ə çatdırıb. Hazırda çempionatda 6-cı yerdə olan komanda 5-ci pillədəki “Sabah”dan 4 xal geri qalır.
Qeyd edək ki, “Neftçi” Premyer liqada növbəti matçı “Araz-Naxçıvan”a qarşı keçirəcək. Martın 29-u paytaxt təmsilçisinin stadionunda təşkil olunacaq oyun saat 16:45-də başlayacaq.
#Neftçi FK teqi istifadə olunub
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
- Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV
- Kərim Benzema “Əl-Hilal”dan ayrıldı | Yeni idman xəbərləri
- Murad Məmmədov təxminən 3 həftə futboldan uzaq qalacaq
- "Neftçi" "Araz-Naxçıvan" üzərində böyük hesabla qələbə qazandı | Yeni idman xəbərləri - Baku TV
