Azərbaycan çempionatı - “Qarabağ” - “Sabah” görüşü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer liqasında 6-cı turun mərkəzi matçı keçirilib.
Ölkəmizi Avropa liqasında təmsil edən “Qarabağ” komandası “Sabah”la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşün ilk hissəsində qapılar önündə qol vəziyyyətləri yaransa da, hesab açılmayıb.
İkinci yarıda hücumlarını sürətləndirən “Qarabağ” istəyinə nail olub. 56-cı dəqiqədə Juninyo fərqlənib. Bundan sonra “Sabah” irəli atılsa da, vəziyyəti dəyişə bilməyib. Əvəzində oyunun sonlarına doğru “köhlən atlar” 2-ci qolu vurublar. Hamidu Keyta qarşılaşmada son nöqtəni qoyub. “Qarabağ” – “Sabah”: 2-0.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Qarabağ” “Səbail”, “Turan” və “Araz-Naxçıvan”la birlikdə 2-ci 5-ci yerləri bölüşdürür. Ardıcıl 3-cü matçda uduzan və 4 görüşdür qələbəyə həsrət qalan “Sabah” isə 8-ci yerdədir.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
