Pleyeri seçin:
Azərbaycan çempionatı: "Neftçi" "Sabah"la bacarmayıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan çempionatında 11-ci turun mərkəzi matçında son oyunlarda qeyri-sabit çıxış edən “Neftçi” klubu “Sabah” kollektivini qəbul edib.
Fasiləyədək tərəflərin fərqlənmək imkanları olsa da, ilk hissə qolsuz yekunlaşıb. Qarşılaşmada yeganə qol əsas vaxta əlavə olunan dəqiqələrdə vurulub. Boyan Letiç qonaqlara 3 xal qazandıran topun müəllifi olub.
Bu qələbə sayəsində xallarının sayını 13-ə çatdıran “Sabah” əvvəlki kimi 8-ci yerdədir. Son 3 görüşdə 2-ci dəfə uduzan “ağ-qaralar” isə 15 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Neftçi” növbəti turda Qəbələ səfərinə yollanacaq. “Sabah” isə doğma meydanında “Zirə”ni qəbul edəcək.
Kopyalandı
#Sabah FK teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
- Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətini vurğulayıb
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
