Azərbaycan çempionatı: "Qarabağ" - "Araz-Naxçıvan" matçı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer liqasında 19-cu tura yekun vurulub.
Son qarşılaşmada “Qarabağ” komandası “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş “köhlən atlar”ın 3-1 hesablı qələbəsi ilə bitib. Hesab 6-cı dəqiqədə açılıb. Qonaqların üzvü Numan Kurdiç avtoqol müəllifi olub.
22-ci dəqiqədə fərq artıb. Abdullah Zubir 2-ci topu “Araz-Naxçıvan”ın qapısından keçirib. Fasilədən sonra da hücumlarını davam etdirən Ağdam təmsilçisi 62-ci dəqiqədə 3-cü qolu vurub. Zubir dubla imza atıb. “Araz-Naxçıvan” yalnız bir qolun əvəzini çıxa bilib. Mohammed Kadirinin dəqiq zərbəsi ancaq təsəlli olub.
Bu qələbədən sonra 44 xalı olan “Qarabağ” Premyer liqada liderliyini davam etdirir.
Qeyd edək ki, son çempion növbəti matçını yanvarın 27-si səfərdə “Kəpəz”ə qarşı keçirəcək.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
