Pleyeri seçin:

Azərbaycan çempionatında fantastik hesab qeydə alındı

31 mart 2023 578 baxış

Azərbaycan çempionatında 1-ci divizionun “Turan Tovuz-2” və “Araz Naxçıvan” komandaları arasında matçında 11 qol vurulub.

Tovuz şəhərində keçirilən 22-ci turun görüşündə hesabı meydan sahibləri açıblar. 7-ci dəqiqədə Akif Tağıyev rəqib qapısını dəqiq nişan alıb. 4 dəqiqə sonra Orxan Əliyevin topu ilə tarazlığı bərpa edən qonaqlar çox keçmədən Bayraməli Qurbanovun ilə qolu irəli çıxıblar: 2-1.

Fasiləyədək daha 3 qol qeydə alınıb. 20-ci dəqiqədə Elvin İsmayılov “Turan”ın 2-ci qolunu vurub. Yarım saatın tamamında isə tərəflər ardıcıl olaraq avtoqolla yadda qalıblar. Yerli kollektivdən Səbayıl Bağırov, “Naxçıvan” təmsilçisindən isə Həzrət İsayev topu komandasının qapısına göndərib. İlk hissə 3-3 hesabı ilə bitib. 61-ci dəqiqədə Bayraməli Qurbanov “Araz”a yenidən üstünlük qazandırsa da, Elçin Qasımov və Abbas Ağazadənin ardıcıl qolları ilə “Turan” irəli keçib: 5-4.

Lakin ruhdan düşməyən “Naxçıvan” klubu oyunun sonlarına doğru dönüş edərək qarşılaşmadan qalib ayrılıb. 72-ci dəqiqədə Fəhmin Muradbəyli, 88-ci dəqiqədə isə Orxan Əliyevin qolu qonaqlara 6-5 hesablı qələbə qazandırıb. Ardıcıl 7-ci qalibiyyətdən sonra 53 xalı olan “Araz” 1-ci divizionun ilk pilləsində qərarlaşıb. 35 xalı olan “Tovuz” təmsilçisi isə 4-cü yerdədir.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 578 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 578 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 578 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 578 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 578 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 578 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 578 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 578 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 578 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 578 baxış
Seçilmişlər
icon