Azərbaycan çempionu "Sabah" 5 oyundur qələbə qazana bilmir | "Baku TV" səbəbləri araşdırdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı Avropada təmsil edən yeganə ölkə təmsilçisi “Sabah” klubu son 5 oyununda 3 dəfə məğlubiyyətlə üzləşib. Qalan 2 qarşılaşmada isə heç-heçə ilə kifayətlənib.
Komanda “Borussiya Dortmund”, “Turan Tovuz” və “Vikinq”lə qarşılaşmalarda xal qazana bilməyib. “Qarabağ” və “Şamaxı” ilə keçirilən oyunlarda isə cəmi bir xal toplaya bilib.
Maraqlıdır ki, ötən mövsüm yüksək performansı ilə azərbaycanlı idmansevərləri təəccübləndirən komandanın “qara zolağ”a düşməsinin səbəbi nədir?
İdman jurnalisti Murad Nəsimi bildirir ki, komanda ilk dəfədir belə sıx oyun qrafiki ilə qarşılaşır. Onun sözlərinə görə, təcrübəsizlik və heyətin geniş olmaması nəticələrə təsir edən əsas amillərdəndir.
“Sabah”ın hələ Çempionlar Liqasında mübarizə aparmaq üçün kifayət qədər təcrübəsi yoxdur. “Borussiya Dortmund”la qarşılaşmada komandanın qalib gələcəyinə belə inanırdıq. Lakin rəqibin təcrübəsi həlledici rol oynadı. Qarşıda “Sabah”ı daha çətin oyunlar gözləyir. “Barselona” ilə qarşılaşma və “Arsenal”la səfər oyunu komandanın onsuz da sıx olan qrafikini daha da çətinləşdirəcək. Səfərlər, saat fərqi və oyunçuların psixoloji vəziyyəti də nəticələrə təsir göstərir”, – deyə Murad Nəsimi qeyd edib.
#Sabah FK teqi istifadə olunub
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
