Azərbaycan cüdoçuları dünya çempionatının finalında üz-üzə gəliblər
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiyada keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatının finalında Azərbaycan idmançıları qarşılaşıb.
50 kq çəki dərəcəsində baş tutan həlledici görüşdə Nihad Məmişov komanda yoldaşı Məhəmməd Məmişovla üz-üzə gəlib.
Qızıl medal uğrunda mübarizədə qələbə qazanan Nihad fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Məmişov isə gümüş mükafatın sahibi olub.
55 kq çəkidə çıxış edən daha bir cüdoçumuz Mirxaliq İskəndərov da ölkəmizə medal qazandırıb. Ardıcıl olaraq Fransa, Monqolustan və Serbiya təmsilçilərini məğlub edən Mirxaliq yarımfinalda uduzsa da, 3-cü yer uğrunda görüşdə Fransanın daha bir idmançısına qalib gələrək bürünc mükafata yiyələnib.
Qeyd edək ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yeniyetmə cüdoçular arasında dünya çempionatında 64 ölkədən 576 idmançı yarışır. Turnirə avqustun 26-sı yekun vurulacaq.
#Xorvatiya teqi istifadə olunub
- Xorvatiyada meşə yanğınları güclənib | Alov yaşayış məntəqələrinə doğru sürətlə irəliləyir - Baku TV
- Qızıl-zinət əşyaları on il əvvəl dənizin dibindən aşkarlanıb
- Turistlər Xorvatiyanın qeyri-adi məkanlarından biri olan sualtı muzeyə üz tuturlar
- Baltikyanı ölkələr Kalininqrada zərbə çağırışları etməməlidir | Xorvatiya Prezidenti
- Bu tapıntının əsas dəyəri tam qapalı qalmasındadır
