Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV
Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov komandanın dünya çempionatındakı ilk oyununu dəyərləndirib.
Mütəxəssis futbolçuların ilk hissədə çətinlik yaşadıqlarını, lakin ikinci hissədə toparlanaraq layiqli qələbə qazandıqlarını bildirib.
F.Xəlilov qarşıda onları çətin oyunların gözlədiyini vurğulayıb:
“İlk öncə futbolçularımı təbrik edirəm. Bilirdik ki, ilk oyunlar çox çətin keçir. Bu, birinci hissədə özünü göstərdi. İkinci hissədə futbolçular toparlana bildilər və layiqli qələbə qazandılar. Buna baxmayaraq, arxayınlaşmaq olmaz. Bizim işimiz indi başlayır. Çalışmalıyıq ki, maksimum nəticə qazanaq və qrupu liderlər sırasında başa vuraq”.
Xatırladaq ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığması ilə üz-üzə gəlib. Bakı Kristal Zalında baş tutan görüş Azərbaycan komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.
#Famil Xəlilov teqi istifadə olunub
