Pleyeri seçin:

Azərbaycan Kuboku: "Neftçi" - "Difai" matçı

05 dekabr 2024 214 baxış

“Neftçi” klubu Azərbaycan kubokunda parlaq qələbə qazanıb.

1/8 finalın matçında “Difai” kollektivi ilə üz-üzə gələn “ağ-qaralar” 6-0 hesabı ilə qalib gəlib.

“Neftçi Arena”da keçirilən qarşılaşmada hesab 21-ci dəqiqədə açılıb. Yeqor Boqomolski fərqlənib.

25 və 27-ci dəqiqələrdə meydan sahibləri daha 2 qol vurublar. Əvvəlcə Murad Məmmədov, bir qədər sonra isə Yuri Matias yerli azarkeşləri sevindirib. İlk hissə “Neftçi”nin 3-0 hesablı üstünlüyü ilə yekunlaşıb.

2-ci yarıda paytaxt təmsilçisi daha 3 topu “Difai”nin qapısına göndərib. Dubl edən Boqomolski ilə yanaşı, Andrey Ştoqrin və Ağadadaş Salyanski hədəfi dəqiq nişan alıblar.

Beləliklə, görüşdə inamlı qələbə qazanan “Neftçi” ölkə kubokunun 1/4 finalına adlayıb. Komanda bu raundda “Kəpəz”lə qarşılaşacaq. Tərəflər arasında ilk oyun fevralın 5-i, cavab matçı isə fevralın 27-si keçiriləcək.

Qeyd edək ki, “Neftçi” ölkə çempionatında növbəti görüşü dekabrın 8-i baş tutacaq. Eyni adlı komanda ilə qarşılaşma saat 18:00-da başlayacaq.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 214 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 214 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 214 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 214 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 214 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 214 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 214 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 214 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 214 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 214 baxış
Seçilmişlər
icon