Azərbaycan millisi Belçika yığmasının qonağı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşünü keçirib.
Ötən turda Bakıda İsveç yığmasına 3-0 hesabı ilə qalib gələn futbolçularımız bu dəfə Belçika komandasının qonağı olublar.
Brüsseldə baş tutan matçda hesabı 17-ci dəqiqədə Romelu Lukaku açıb. 24-cü dəqiqədə isə seçməmiz azlıqda qalıb.
Qısa vaxt ərzində 2 dəfə sarı vərəqə ilə cəzalanan Eddi İsrafilov meydandan uzaqlaşdırılıb. Bundan sonra təzyiqi artıran belçikalılar fasiləyə qədər daha 3 qol vurublar.
Bütün topları aktivinə yazan Lukaku ilk hissədə pokerini rəsmiləşdirib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Leandro Trossard qoyub. Belçika – Azərbaycan: 5-0.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran Belçika millisi F qrupunu 1-ci pillədə tamamlayıb. 7 xalı olan yığmamız isə 4-cü yeri tutub.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
