Pleyeri seçin:
Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığması FIFA-nın təşkil etdiyi yoldaşlıq turniri çərçivəsində bu gün növbəti matça çıxacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə futbolçularımız Bolqarıstan seçməsi ilə üz-üzə gələcək. Estoniyalı referi Kristo Tohverin idarə edəcəyi oyunun start fiti saat 20:00-da veriləcək.
Xatırladaq ki, millimiz “FIFA series – Edition 2024” yarışında daha əvvəl Monqolustan kollektivi ilə qarşılaşıb. Komandamızın 1-0 hesablı qələbəsi ilə yekunlaşan matçda yeganə qolu əsas vaxta artırılan dəqiqələrdə Bəhlul Mustafazadə vurub. Bolqarıstan yığması isə FIFA-nın layihəsi çərçivəsində Tanzaniya futbolçuları ilə qarşılaşıb və 1-0 hesabı ilə qalib gəlib.
Kopyalandı
#Futbol xəbərləri teqi istifadə olunub
- Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər
- Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV
- Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
