Azərbaycan və Türkiyə boksçularından qardaşlıq mesajı
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyada keçirilən boks üzrə Avropa birinciliyində təsirli anlar yaşanıb.
Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançımız Sübhan Babayev türkiyəli Ahmet Yasir Yılmazı məğlub etdikdən sonra onu qucaqlayaraq formasındakı Türkiyə bayrağını öpüb. Ahmet də Sübhanın formasındakı Azərbaycan bayrağını öpərək ona qarşılıq verib.
Eyni qardaşlıq jesti 60 kq çəki dərəcəsində yarışan idmançıların görüşündə də olub. Türkiyəli Baran Dinç azərbaycanlı rəqibi İbrahim Mirhəsənə qalib gəldikdən sonra onu qucaqlayıb və formasındakı Azərbaycan bayrağını öpüb. Daha sonra onlar qucaqlaşaraq qardaşlıq mesajı veriblər.
Qeyd edək ki, Rumıniyada keçirilən qitə birinciliyində 32 ölkədən 378 boksçu iştirak edir. Yarışın final qarşılaşmaları iyulun 30-da baş tutacaq.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
