Azərbaycan və Türkiyə qardaşlığının daha bir sübutu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə güləşçiləri Xorvatiyada keçirilən Avropa çempionatında ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının daha bir mesajını veriblər.
Belə ki, komanda yarışlarında uğur qazanan yığmaların mükafatlandırılma mərasimindən sonra həm Azərbaycan, həm də Türkiyə pəhləvanları kollektiv şəkil çəkdiriblər.
Bununla bağlı “Facebook” hesabında paylaşım edən Türkiyə Güləş Federasiyası “Tək millət, iki dövlət, Can Azərbaycan” sözlərini yazıb.
Qeyd edək ki, Zaqrebdə təşkil olunan turnirdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub. Türkiyə yığması isə 2 qızıl, 1 gümüş və 3 bürünc mükafatla üçüncü pillənin sahibi olub.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
