Azərbaycanın 17 yaşlılardan ibarət güləş yığması dünya ikincisi oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatı Azərbaycan millisi üçün uğurlu alınıb. 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanan yığmamız dünya 2-cisi olub.
İstanbulda baş tutan yarışda yunan-Roma güləşçilərimizdən 45 kq çəki dərəcəsində mübarizə aparan Turan Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha bir pəhləvanımız – 60 kq-da yer alan Roman Kərimov isə gürcüstanlı Saba Surmanidzeni məğlub edərək turnirin qalibi olub.
Təmsilçilərimizdən 65 kq-da çıxış edən Yusif Əhmədli də finala qədər irəliləsə də, burada uduzaraq gümüş mükafatla kifayətlənib. Daha 2 idmançımız – Elnar Ziyadov və Mikayıl İsmayılov isə müvafiq olaraq 48 və 92 kq çəki dərəcələrində 3-cü yeri tutublar.
Medalların əyarına görə son 4 ilin ən yaxşı nəticəsinə imza atan yığmamız yarışı 108 xalla başa vurub. Millimiz bu nəticə ilə komanda hesabında dünya çempionatını 2-ci pillədə tamamlayıb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
