Pleyeri seçin:

Azərbaycanın ağırlıqqaldıranı və idman səfiri Dadaş Dadaşbəyli ilə geniş müsahibə - Baku TV

09 mart 2026 440 baxış

Azərbaycanlı ağırlıqqaldıran Dadaş Dadaşbəyli idman karyerasının başlanğıcı, qazandığı uğurlar və qarşılaşdığı çətinliklər barədə Baku TV-yə danışıb.

İdmançı bildirib ki, yeniyetmələr arasında Rumıniyanın Buxarest şəhərində keçirilən ilk Avropa çempionatı onun üçün unudulmaz hadisə olub:

“Dünən Qobustanda olan bir gəncin qısa müddətdə Avropa çempionatına getməsi mənə fantastika kimi gəlirdi. Bu hissləri sözlə izah etmək çətindir”.

O qeyd edib ki, həmin yarışda doqquzuncu yeri tutsa da, bunu böyük uğur hesab edib:

“Bəlkə də, çempion olsaydım belə, o qədər sevinməzdim. Orada başa düşdüm ki, ağırlıqqaldırma, sadəcə, bir idman deyil, bu həm də bir sənətdir”.

D.Dadaşbəyli sonrakı illərdə yeniyetmələr və gənclər arasında Avropa çempionatlarında medallar qazandığını, 2015-ci ildə isə Avropa çempionu olduğunu bildirib. Lakin o, 2016-cı ildə Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazansa da, sonradan diskvalifikasiya ilə üzləşdiyini deyib:

“Bu xəbər mənim üçün idmanda sanki ölüm idi. Amma dörd il yarışlardan uzaq qalsam da, məşqləri dayandırmadım”.

İdmançı qeyd edib ki, diskvalifikasiyadan sonra böyük idmana uğurlu qayıdış edib:

“Böyüklər arasında Avropa çempionatında ümumi nəticədə bürünc medal qazandım, birdən qaldırma hərəkətində isə qızıl medal əldə etdim”.

Onun sözlərinə görə, daha sonra dünya çempionatında üç bürünc medal qazanaraq Azərbaycanın bu yarışda uzun illərdən sonra medal əldə etməsinə nail olub, həmçinin Avropa çempionu və Dünya Kubokunun gümüş mükafatçısı olub:

“Olimpiya medalını qazanmaq mənim və valideynlərimin ən böyük arzusudur. İnanıram ki, bir gün bu uğura da nail olacağam”.

Azərbaycanın ilk beynəlxalq çimərlik polo turniri keçirilir - Baku TV

Azərbaycanın ilk beynəlxalq çimərlik polo turniri keçirilir - Baku TV

İdman
11 sentyabr 2026 440 baxış
Çempionlar Liqasında ikinci oyun gününün matçları keçirildi

Çempionlar Liqasında ikinci oyun gününün matçları keçirildi

İdman
10 sentyabr 2026 440 baxış
"Sabah" hansı hücumçunu heyətinə qatdı? - Yeni idman xəbərləri - Baku TV

"Sabah" hansı hücumçunu heyətinə qatdı? - Yeni idman xəbərləri - Baku TV

İdman
10 sentyabr 2026 440 baxış
Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV

Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV

İdman
09 sentyabr 2026 440 baxış
Şamaxıda karpfişinq üzrə çempionatın qalibləri bəlli olub | Yeni idman xəbərləri

Şamaxıda karpfişinq üzrə çempionatın qalibləri bəlli olub | Yeni idman xəbərləri

İdman
09 sentyabr 2026 440 baxış
Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV

Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV

İdman
08 sentyabr 2026 440 baxış
"Sabah" klubu Mançesterə yola düşdü | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

"Sabah" klubu Mançesterə yola düşdü | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

İdman
08 sentyabr 2026 440 baxış
Ceydon Sançonun “Borussiya Dortmund”a növbəti qayıdışı gündəmə gəldi

Ceydon Sançonun “Borussiya Dortmund”a növbəti qayıdışı gündəmə gəldi

İdman
08 sentyabr 2026 440 baxış
Orxan Məmmədov WMF prezidenti ilə minifubol barədə nələri müzakirə etdi? - Baku TV

Orxan Məmmədov WMF prezidenti ilə minifubol barədə nələri müzakirə etdi? - Baku TV

İdman
08 sentyabr 2026 440 baxış
Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV

Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV

İdman
07 sentyabr 2026 440 baxış
Seçilmişlər
icon