Pleyeri seçin:
Azərbaycanlı futbolçu Eldar Tağızadə “Barselona” klubunda
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı futbolçu Eldar Tağızadə “Barselona” klubuna transfer olunub.
21 yaşlı qolkiper Kataloniya təmsilçisinin B komandası olan “Barselona Atletik”də çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya nəhəngi E.Tağızadə ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Eldar Tağızadə karyerası ərzində ölkəmizin “Neftçi” və Fransanın “Klermon” klublarında çıxış edib. O, son olaraq İspaniyanın “Luqo Polvorin” komandasının formasını geyinib.
Əlavə edək ki, “Barselona Atletik” kollektivi ötən mövsümü üçüncü pillədə başa vurub.
Kopyalandı
#Barselona FK teqi istifadə olunub
- “Qalatasaray” - “Barselona” oyunu futbol tarixinə necə düşdü? - Yeni idman xəbərləri - Baku TV
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- İspaniya nəhəngi "Çelsi"nin oyunçusunu transfer etmək istəyir
- Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri
- Rafinyanın “Barselona”dakı gələcəyi müəyyənləşdi
