Pleyeri seçin:
Azərbaycanlı futbolçu karyerasını Türkiyə klubunda davam etdirəcək
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin yeni klubu məlum olub.
28 yaşlı forvard karyerasını Türkiyənin “Boluspor” komandasında davam etdirəcək. Son olaraq Albaniyanın “Eqnatiya” kollektivində top qovan Vüsal 1-ci liqa təmsilçisi ilə 1 il yarımlıq müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Zirə”, “Keşlə”, “Keçiörengücü” və “Sumqayıt” kimi kollektivlərdə də forma geyinib. Ümumən peşəkar karyerasında 211 matç keçirən İsgəndərli 31 dəfə rəqib qapılarına yol tapıb.
Kopyalandı
#Vüsal İsgəndərli teqi istifadə olunub
