Bakı Çempionlar liqasının finalını təşkil etməyə namizəddir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı 2027-ci ildə UEFA Çempionlar liqasının finalına ev sahibliyi edə bilər.
Bununla bağlı “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Bildirilir ki, UEFA final üçün Madrid və Bakı şəhərlərinin namizədliklərini təsdiqləyib. Turnirin həlledici matçı paytaxtımızdakı Olimpiya Stadionunda və ya Madriddəki “Metropolitano” arenasında keçirilə bilər.
Məlumata görə, hər iki namizəd tərəfin yekun təklifləri 2025-ci il 19 mart tarixinədək təqdim olunmalıdır.
Qeyd edək ki, UEFA 2027-ci il finalının Milandakı “Cuzeppe Meatsa” arenasında təşkilini nəzərdən keçirsə də, idman qurğusunda planlaşdırılan yenidənqurma işlərinin həmin vaxta qədər yekunlaşacağına dair zəmanət ala bilmədiyi üçün həlledici matça görə yeni stadion axtarışına başlayıb.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
