Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında pley-offçular məlum oldu
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir neçə oyun keçirilib.
H qrupunda İsrail-İspaniya matçı baş tutub. Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (4:2) İsrail xallarının sayını 6-ya çatdıraraq 1/8 finala yüksəlib. Hesabında 3 xal olan İspaniya mübarizəni dayandırıb.
Daha sonra azarkeşlər G qrupunun Argentina-Birləşmiş Ərəb Əmirlikləri komandalarının oyununu izləyiblər. Qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:1.
Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ 3 xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə məğlub olan Argentina qrup sonuncusu olub.
Bir qədər sonra minifutbol üzrə dünya çempionatında 1/8 finala vəsiqə qazanan daha iki kollektivin adına aydınlıq gəlib.
Bosniya və Herseqovina ilə Polşa millisi bu raundda iştirak hüququ əldə edib. Tərəflər F qrupunun III turunda üz-üzə gəliblər. Görüş heç-heçə yekunlaşıb – 1:1. Xallarının sayını 5-ə çatdıran hər iki komanda növbəti raunda yüksəlib.
#Minifutbol üzrə dünya çempionatı teqi istifadə olunub
- Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə konsert keçirilib
- Minifutbol üzrə dünya çempionatında "Baku TV"nin çəkdiyi maraqlı məqamlar
- “Seçimlər düz deyil” | Minifutboldakı uğuru klassik futbolda niyə qazana bilmirik?
- İlham Əliyev dünya çempionu olan Azərbaycan minifutbol millisini qəbul etdi
- Messi Azərbaycan millisini dünya çempionluğu münasibətilə təbrik etdi
