“Barselona” klubu müflis elan olunmağa yaxındır
Yeniliklərdən dərhal xəbərdar olun
“Barselona” dünyanın futbol xəritəsindən silinə bilər.
Bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri xəbər dərc edib. Bildirilir ki, bu ilin martından adı rüşvət qalmaqallarında hallanan klub fəaliyyətini dayandıra bilər.
Xatırladaq ki, “Barselona”nın sabiq prezidentləri Sandro Rosel və Xosep Bartomeu İspaniya hakimlər komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyraya uzun illər ərzində rüşvət verməkdə ittiham olunurlar. Məlumata görə, korrupsiya qalmaqalının baş verdiyi zaman Neqreyranın dövlət qurumunda işləməsi vəziyyəti daha da mürəkkəbləşdirir.
Belə ki, ittihamlar təsdiqini tapsa, “blauqrana”nın sabiq rəhbərləri, eləcə də iş üzrə adı keçən digər şəxslər 3 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. “Barselona”nın isə peşəkar klub kimi fəaliyyətinə qadağa qoyulmaq təhlükəsi mövcuddur. Belə olan halda “Barselona” müflis elan edilə bilər.
#Barselona FK teqi istifadə olunub
- “Qalatasaray” - “Barselona” oyunu futbol tarixinə necə düşdü? - Yeni idman xəbərləri - Baku TV
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- İspaniya nəhəngi "Çelsi"nin oyunçusunu transfer etmək istəyir
- Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri
- Rafinyanın “Barselona”dakı gələcəyi müəyyənləşdi
