"Barselona"nın və Fransa millisinin sabiq müdafiəçisi Samuel Umtiti karyerasını bitirdiyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol dünyasında gözlənilməz vida! Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan, "Barselona" və "Lion"un keçmiş ulduzu Samuel Umtiti peşəkar karyerasını cəmi 31 yaşında bitirdiyini elan edib. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, müdafiəçinin bu qərarına son illər onu təqib edən ağır diz zədələri səbəb olub. Umtiti xüsusilə 2018-ci il dünya çempionatı zamanı zədəli olmasına rəmayən oynaması və bunun sonradan karyerasına mənfi təsirləri barədə səmimi etirafları ilə yadda qalıb. Süjetdə futbolçunun "Barselona" ilə qazandığı titullar, "Lill"dəki son mövsümü və futbol ictimaiyyətinin bu vidaya reaksiyası əks olunub. Bir dövrün ən yaxşı mərkəz müdafiəçilərindən sayılan Umtitinin enişli-yoxuşlu futbol yolu Baku TV-nin "İdman" rubrikasında.
#Fransa milli futbol komandası teqi istifadə olunub
- Fransa millisi Belçikaya böyük hesabla qalib gəldi
- Gərgin keçən mübarizənin sonunda İngiltərə komandası üçüncülüyə sahib olub
- DÇ-2026-da üçüncülük "savaş"ı: Olise, Dembele və Mbappeli Fransa İngiltərə ilə güclərini sınadı
- Üçüncülük uğrunda mübarizə | Fransa-İngiltərə oyunundan öncə müzakirə
- DÇ-də gözlənilməz anlar: İspaniya Fransaya aman vermədi | Yeni idman xəbərləri - Baku TV
