“Barselona” titullardan məhrum edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona" klubu La Liqa və Çempionlar Liqasından kənarlaşdırıla bilər.
Buna səbəb “Barsa”nın 2016-2018-ci illərdə hakimlər komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 1,4 milyon avro ödəniş etməsidir. Klub sözügedən məbləğin Neqreyraya verildiyini etiraf etsə də, bunu gənc futbolçular və hakimlər haqqında hesabatlar üçün ödədiyini iddia edir.
İspaniya mətbuatı məsələni bir qədər də araşdırdıqdan sonra isə məlum olub ki, “Barselona” 2003-cü ildən etibarən adıçəkilən vitse-prezidentə ümumilikdə 4,7 milyon avro ödəyib.
Məsələnin rezonans doğurmasına “Atletiko”da reaksiya verib. Madrid komandasının rəhbərliyi La Liqa klublarına müraciət edərək bu qalmaqalla əlaqədar birgə bəyanat yaymağa səsləyib. Maraqlıdır ki, “blauqrana”nın əzəli rəqibi “Real Madrid” bu bəyanatla bağlı təklifə rədd cavabı verib.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
