“Beşiktaş”ın yeni baş məşqçisi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Beşiktaş”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Superliqada mövsümü uğursuz çıxışla başa vuran “qara qartallar”ı niderlandlı Covanni van Bronkhorst çalışdıracaq. Bu barədə Türkiyə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
“Ağ-qaralar” 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Komandanın nəticələrindən asılı olaraq sözləşmənin müddətini daha 1 illik uzatmaq mümkün olacaq.
Qeyd edək ki, Covanni van Bronkhorst futbolçu kimi “Arsenal” və “Barselona” klublarındakı çıxışı ilə məşhurlaşıb. Məşqçilik karyerasına 2015-ci ildə ölkəsinin “Feyenord” kollektivində başlayan mütəxəssis Niderland çempionatı, kuboku və superkubokunun qalibi olub. Son olaraq “Qlazqo Reyncers”də işləyən Covanni klubla Şotlandiya kubokunu qazanmaqla yanaşı, Avropa liqasının finalına qədər irəliləyib.
#Beşiktaş FK teqi istifadə olunub
- Maradonanın "Tanrının əli" topu rekord qiymətə satıldı | Yeni idman xəbərləri
- “Fənərbağça” və “Beşiktaş”dan sürpriz transferlər | Yeni idman xəbərləri - Baku TV
- "Beşiktaş"ın hücumçusu "Neftçi"yə niyə gəlmədi? - Yeni idman xəbərləri - Baku TV
- “Beşiktaş” klubundan 2 sürpriz transfer | Yeni idman xəbərləri - Baku TV
- "Beşiktaş" Sergen Yalçınla yollarını niyə ayırdı? - Yeni idman xəbərləri - Baku TV
