İdman
Pleyeri seçin:
Boksda ağır çəkidə yeni dünya çempionu müəyyənləşib
Britaniyalı boksçu Daniel Dyubua Beynəlxalq Boks Federasiyasının ağır çəki dərəcəsində dünya çempionu titulunu qazanıb.
İdmançı Londonda "Uembli" stadionunda keçirilən görüşdə üç versiya üzrə sabiq dünya çempionu, həmyerlisi Entoni Coşua ilə üz-üzə gəlib. D.Dyubua E.Coşuanı 12 raundluq döyüşün 5-ci raundunda nokautla məğlub edib.
Qeyd edək ki, D.Dyubua son döyüşdə xorvatiyalı Filip Hrqoviçi texniki nokautla məğlub edərək Beynəlxalq Boks Federasiyasının müvəqqəti dünya çempionu adını qazanıb.
Əlavə edək ki, Daniel Dyubua karyerası ərzində 24 döyüş keçirib. Bunlardan 21-i nokautla olmaqla 22-dəfə qələbə qazanan boksçu 2 dəfə isə məğlub olub. Entoni Coşuanın aktivində isə 28 qələbə, 4 məğlubiyyət var.
Kopyalandı
Seçilmişlər