Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibləri bəlli olacaq.
Püşkatmadan öncə əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV səbətdə yer alıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-sı və 18-də keçiriləcək. Son turun görüşləri 2026-cı ilin yanvar ayının 28-də baş tutacaq. Pley-off mərhələsinə fevralın 17-si və 18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
