Pleyeri seçin:
“Çelsi” İngiltərə çempionatı tarixində rekord transferi reallaşdırıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Çelsi” klubu İngiltərə çempionatı tarixində rekord transferi reallaşdırıb. London təmsilçisi “Brayton end Houv Albion”nun ekvadorlu üzvü Moyses Kaysedonu 133,5 milyon avroya heyətinə qatıb.
Bildirilir ki, “zadəganlar” ilkin olaraq keçidə görə 116 milyon avro ödəyəcəklər. Daha 17,5 milyon avro isə bonuslar kimi nəzərdə tutulub. Bundan başqa, 21 yaşlı dayaq yarımmüdafiəçisinin digər kluba potensial transferindən də “Brayton”a əlavə ödəniş ediləcək.
Qeyd edək ki, “Çelsi”də tibbi müayinədən uğurla keçən Moyses yeni kollektivi ilə 8 illik müqavilə imzalayıb.
Kopyalandı
#Çelsi FK teqi istifadə olunub
- “Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri
- “Real”ın 2 futbolçusu “Çelsi”yə gedə bilər? - Yeni idman xəbərləri - Baku TV
- “Çelsi” Xabi Alonso ilə danışıqlara başlayıb | Yeni idman xəbərləri
- "Mançester Siti" və "Çelsi"də gözlənilməz ayrılıq olacaq? - Yeni idman xəbərləri - Baku TV
- 18 yaşlı futbolçu ilə digər top klublar da maraqlanır
