Pleyeri seçin:

Çempionlar liqası “Bavariya” - PSJ matçı

09 mart 2023 520 baxış

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı məlum olub.

Parisdəki matçda PSJ-ni 1-0 hesabı ilə məğlub edən “Bavariya” bu dəfə rəqibini “Alyans Arena”da qəbul edib. İlk hissədə komandaların fərqlənmək imkanları olsa da, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıb. 2-ci yarının əvvəlində isə Çupo-Motinq parislilərin qapısına yol tapıb. Lakin ofsayd səbəbi ilə qol qeydə alınmayıb.

Bununla belə, kamerunlu hücumçu 9 dəqiqə sonra istəyinə çataraq hesabı açıb. Qalan vaxtda PSJ-nin qol vurmaq cəhdləri nəticə verməyib. 89-cu dəqiqədə isə Qnabri 2-ci topu Fransa klubunun qapısından keçirib. “Bavariya” - PSJ : 2-0.

Beləliklə, 2 görüşün yekununda 3-0 hesablı qələbə qazanan “rekordmayster” 1/4 finala yüksəlib.

Mərhələ adlayan digər kollektiv “Tottenhem” və “Milan” arasında mübarizədə müəyyənləşib. Londonda keçirilən qarşılaşma gərginliyi ilə diqqət çəksə də, azarkeşlər 90 dəqiqə ərzində qol görməyiblər. 77-ci dəqiqədə isə “mahmızlar” azlıqda qalıblar. Romero 2-ci sarı vərəqədən sonra meydandan uzaqlaşdırılıb. İtaliyadakı ilk matç “rossoneri”nin 1-0 hesablı qalibiyyəti ilə başa çatdığı üçün “Milan” 2 oyunun nəticəsində 1/4 finala yüksəlib. 

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 520 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 520 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 520 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 520 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 520 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 520 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 520 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 520 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 520 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 520 baxış
Seçilmişlər
icon