Pleyeri seçin:

Çempionlar liqasıl: “Nyukasl”, “Barselona” və “Mançester Siti”dən qələbə

05 oktyabr 2023 398 baxış

UEFA Çempionlar liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. Gözlənilməz nəticələrdən biri İngiltərədə “Nyukasl” və “Pari Sen-Jermen” arasında matçda qeydə alınıb.

“Sent-Ceyms Park” arenasındakı görüşdə 5 qol vurulub. “Sağsağanlardan” Migel Almiron, Den Börn, Şon Lonqstaff və Fabian Şörün qollarına, qonaqlar yalnız Lüka Ernandesin topu ilə cavab verib. “Nyukasl” – PSJ: 4-1.

Xallarının sayını 4-ə çatdıran “Nyukasl” F qrupunda liderliyə yüksəlib. 1 xal geri qalan PSJ isə 2-ci yerdədir.

Yarışın son qalibi “Mançester Siti” də turu qələbə ilə başa vurub. “Leypsiq” səfərində eyni adlı komanda ilə üz-üzə gələn “şəhərlilər” 3-1 hesabı ilə güclü olublar.

İngiltərə klubundan Fil Foden, Xulian Alvarez və Jeremi Doku, meydan sahiblərindən isə Lois Openda fərqlənib. Bu qalibiyyətdən sonra maksimum nəticəyə imza “Siti” G qrupunda ilk pillədə qərarlaşıb.

Portuqaliyada “Portu” kollektivinin qonağı olan “Barselona” da azarkeşlərini sevindirib. “Draqao” stadionundakı oyunda Ferran Torresin yeganə qolu ilə qələbə qazanan “blauqrana” 6 xalla H qrupuna başçılıq edir.

İspaniyanın digər təmsilçisi “Atletiko” da çətinliklə qalib gəlib. “Feyenoord”u qəbul edən Madrid komandası 2 dəfə hesabda geriyə düşsə də, yekunda əzmkarlıq göstərərək Moratanın dublu və Qrizmanın qolu sayəsində 3-2 hesablı qələbə qazanıb. Bu nəticədən sonra “Atletiko” “Latsio” ilə birlikdə E qrupunda 1-ci, 2-ci yerləri bölüşdürür.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 398 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 398 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 398 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 398 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 398 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 398 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 398 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 398 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 398 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 398 baxış
Seçilmişlər
icon