Çempionlar Liqası: “Qalatasaray” Sloveniya klubunu darmadağın etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” klubu UEFA Çempionlar liqasında növbəti görüşünü keçirib.
“Sarı-qırmızılar” yarışın III təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” kollektivinin qonağı olublar.
“Stojiçe” stadionunda baş tutan matçda hesab 9-cu dəqiqədə açılıb. Kerem Aktürkoğlu “cimbom”un ilk qolunu vurub. Fasiləyə tərəflər “Qalatasaray”ın minimal üstünlüyü ilə yollanıblar.
2-ci yarıda da təzyiqi azaltmayan İstanbul təmsilçisi 48-ci dəqiqədə fərqi artırıb. Bu dəfə Dris Mertens qapını dəqiq nişan alıb. Oyunda son nöqtəni əsas vaxta artırılan dəqiqələrdə Halil Dervişoğlu qoyub. “Olimpiya” – “Qalatasaray”: 0-3.
Qeyd edək ki, “Qalatasaray” və “Olimpiya” klubları arasında cavab matçı avqustun 15-i İstanbulda keçiriləcək. Bu cütdə məğlub olan tərəf Avropa liqasının “play-off” mərhələsində “Qarabağ” və Finlandiyanın HİK kollektivləri arasında mübarizənin qalibi ilə qarşılaşacaq.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
