Çempionlar liqası - "Kopenhagen" - "Qalatasaray" matçı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” klubu Çempionlar liqası ilə vidalaşıb.
“Sarı-qırmızılar” qrup mərhələsinin son turunda “Kopenhagen”in qonağı olublar.
“Parken” stadionunda keçirilən görüşün ilk hissəsi qolsuz yekunlaşıb. Hesab 58-ci dəqiqədə açılıb. Lukas Lerager meydan sahiblərini irəli çıxarıb. Buraxılan topdan sonra “cim-bom” təzyiqi artırıb. Ancaq komandanın hücumları nəticə verməyib.
90-cı dəqiqədə Lerager 2-ci sarı vərəqə alaraq Danimarka klubunu azlıqda qoysa da, İstanbul təmsilçisi məğlubiyyətdən qaça bilməyib. “Kopenhagen” – “Qalatasaray”: 1-0.
Bu nəticədən sonra “Kopenhagen” xallarının sayını 8-ə çatdırıb. Danimarka kollektivi A qrupunun qalibi “Bavariya”nın ardından 2-ci yerin sahibi kimi “pley-off”a adlayıb. 5 xalı olan “Qalatasaray” isə 3-cü pillədə qalıb. Komanda yoluna Avropa liqasında davam edəcək.
#Futbol xəbərləri teqi istifadə olunub
- Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər
- Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV
- Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
