Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Çempionlar liqasında 1/8 final mərhələsinin ilk matçlarına 2 oyunla yekun vurulub.
Ötən mövsüm “skudetto”nu qazanan “Napoli” doğma meydanda “Barselona” ilə üz-üzə gəlib. Görüşdə hesabı 1 saatın tamamında Robert Levandovski açıb.
Bundan sonra hücumlarını sürətləndirən neapollular 75-ci dəqiqədə tarazlığı bərpa ediblər. Viktor Osimhenin qolu həm də yekun nəticəni müəyyənləşdirib. “Napoli” – “Barselona”: 1-1.
Tərəflər arasında cavab görüşü martın 12-si İspaniyada olacaq.
Gecənin digər qarşılaşması Portuqaliyada keçirilib. “Draqao” stadionunda təşkil olunan matçda “Portu” komandası “Arsenal”la üz-üzə gəlib. Oyunun taleyini əsas vaxta artırılan dəqiqələrdə vurulan qol həll edib. Qalenonun topu “Portu”ya minimal hesablı qələbə qazandırıb.
Qeyd edək ki, bu kollektivlər arasında cavab görüşü martın 12-si İngiltərədə olacaq.
#Napoli FK teqi istifadə olunub
- Məşhur futbolçu “Napoli”dən kənarlaşdırılır? - Yeni idman xəbərləri - Baku TV
- İtaliyada "Atalanta"-"Napoli" matçı hadisəyə səbəb oldu - Baku TV
- Viktor Osimhen "Napoli"də ona qarşı olan münasibətdən danışdı - Baku TV
- Keçid İtaliya klubuna 2 milyon avroya başa gəlib
- UEFA “Napoli”ni niyə cərimələdi? | “Qarabağ”la oyundan sonra gözlənilməz qərar - Baku TV
