Çempionlar Liqasında 2-ci finalçı müəyyənləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar liqasında 2-ci finalçının adına aydınlıq gəlib.
Almaniyadakı matçda son dəqiqələrdə məğlubiyyətdən xilas olan “Real Madrid” “Santyaqo Bernabeu” arenasında “Bavariya”nı qəbul edib. Qarşılaşmaya təzyiqlə başlayan meydan sahibləri fasiləyədək bir neçə dəfə fərqlənməyə yaxın olsalar da, münhenlilərin qapıçısı Manuel Noyer qola imkan verməyib.
Oyunda hesabı 68-ci dəqiqədə “rekordmayster” açıb. Alfonso Deyvisin zərbəsi dəqiq olub.
Bundan sonra hücumlarını sürətləndirən “kral klubu” dönüş etməyi bacarıb. Əvvəlcə 88-ci dəqiqədə tarazlığı bərpa edən Xoselu artırılan dəqiqələrdə daha bir qol vuraraq “Real”a qələbə qazandırıb. Tərəflər arasında ilk matç 2-2 hesabı ilə bitdiyi üçün iki oyunun yekununda güclü olan “los blankos” tarixində 18-ci dəfə yarışın finalına yüksəlib.
Qeyd edək ki, Çempionlar liqasında 14 dəfə qalib gələn İspaniya nəhəngi 15-ci mükafat uğrunda “Borussiya Dortmund”la üz-üzə gələcək. Həlledici qarşılaşma İngiltərənin paytaxtı Londonda keçiriləcək.
“Uembli” arenasında təşkil olunacaq görüş iyunun 1-i baş tutacaq.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
