Pleyeri seçin:

Çempionlar Liqasında 3-cü turun oyunları keçirilib

25 oktyabr 2023 674 baxış

Çempionlar liqasının 2-ci turunda “Lans”a uduzan “Arsenal” bu dəfə “Sevilya”nın qonağı olub.

“Ramon Sançez Pisxuan” stadionundakı oyunda 3 qol vurulub. “Topçular”dan Qabriel Martinelli və Qabriel Jezuş, meydan sahiblərindən isə Nemanya Qudelin zərbəsi dəqiq alınıb.

2-1 hesablı qələbədən sonra 6 xalı olan “Arsenal” B qrupunda liderliyə yüksəlib. Komanda 2-ci yerdəki “Lans”ı 1 xal qabaqlayır.

Yarışın favoritlərindən “Real Madrid” də turu qələbə ilə tamamlayıb. Portuqaliyada “Braqa” ilə üz-üzə gələn “kral klubu” 2-1 hesabı ilə güclü olub. “Los blankos”dan Rodriqo və Cud Bellingemin toplarına “Braqa” yalnız Alvaro Calonun qolu ilə cavab verib.

C qrupunun digər matçında “Napoli” Berlin səfərində minimal hesabla “Union”a qalib gəlib. Qarşılaşmanın taleyini Cakomo Raspadorinin yeganə qolu həll edib. Bu nəticələrdən sonra “Real” maksimum göstərici ilə qrup lideridir. 6 xalı olan “Napoli” isə 2-ci yerdədir.

Ötən mövsüm finala qədər irəliləyən “İnter” də azarkeşlərini sevindirib. “Cuzeppe Meatsa” stadionunda “Zaltsburq”u qəbul edən “neradzurri” Aleksis Sançez və Hakan Çalhanoğlunun topları sayəsində 2-1 hesablı qələbə qazanıb.

“Zaltsburq”un yeganə qolunu isə Oskar Qlux vurub. Hərəyə 7 xal toplayan “İnter” və “Real Sosyedad” D qrupunda 1-ci, 2-ci yerləri bölüşdürürlər. “Zaltsburq” 3-cü, bütün görüşlərdə uduzan “Benfika” isə sonuncu pillədədir.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 674 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 674 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 674 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 674 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 674 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 674 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 674 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 674 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 674 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 674 baxış
Seçilmişlər
icon