Pleyeri seçin:

Çempionlar liqasında 4-cü tura yekun vurulub

07 noyabr 2024 556 baxış

UEFA Çempionlar liqasının Liqa mərhələsində 4-cü tura yekun vurulub.

Diqqət mərkəzində olan matçlardan birində İtaliya nəhəngi “İnter” London “Arsenal”ı ilə qarşılaşıb.

“Cuzeppe Meatsa” arenasında baş tutan görüş “neradzurri”nin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu ilk hissənin sonlarında Hakan Çalhanoğlu vurub.

“Park de Prens”də “Atletiko Madrid”i qəbul edən “Pari Sen-Jermen” gözlənilmədən məğlub olub. 2-1 hesabı ilə bitən oyunda İspaniya klubundan Molina və Korrea, parislilərdən isə Zair-Emeri fərqlənib.

Son vaxtlar əla formada olan “Barselona” növbəti dəfə darmadağınla qalib gəlib. Belqradda “Srvena Zvezda”nın qonağı olan “blauqrana” 5-2 hesabı ilə güclü olub. Kataloniyalıların heyətində dubl edən Robert Levandovski ilə yanaşı, İnyiqo Martinez, Rafinya və Fermin Lopez qapını dəqiq nişan alıblar.

Ötən tur “Barsa”ya 1-4 hesabı ilə uduzan “Bavariya” bu dəfə azarkeşlərini sevindirib. Münhendə “Benfika” ilə üz-üzə gələn “rekordmayster” 3 xalı Camal Musialanın yeganə qolu sayəsində aktivinə yazdırıb.

Bu nəticələrdən sonra Liqa mərhələsinin turnir cədvəlinə 12 xalla “Liverpul” başçılıq edir. Hərəyə 10 xal toplayan “Sportinq”, “Monako”, “Brest” və “İnter” 2-ci, 5-ci yerləri bölüşdürürlər.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 556 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 556 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 556 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 556 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 556 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 556 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 556 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 556 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 556 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 556 baxış
Seçilmişlər
icon