Pleyeri seçin:

Çempionlar Liqasında 7-ci turun növbəti matçları keçirilib

23 yanvar 2025 490 baxış

Çempionlar liqasının 7-ci turunda maraqla gözlənilən qarşılaşmalardan biri PSJ və “Mançester Siti” arasında olub. “Park de Prens” arenasında keçirilən oyun Fransa klubunun əzmkar qələbəsi ilə bitib.

“Şəhərlilər” 2-ci yarının əvvəlində Qriliş və Holandın qolları ilə 2-0 hesablı üstünlük qazansa da, meydan sahibləri Dembele, Barkolya, Joao Neveş və Qonsalu Ramuşun topları ilə dönüş ediblər. Qarşılaşma “Pari Sen-Jermen”in 4-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarışın son qalibi “Real Madrid” bu tur inamlı qalibiyyətə sevinib. “Zaltsburq”u qəbul edən “los blankos” 5-1 hesabı ilə güclü olub.

“Kral klubu”nun qollarını dubl edən Rodriqo və Vinisiusla yanaşı, Kilian Mbappe vurub. Avstriya klubunun yeganə topu isə Mads Bidstrupun aktivindədir.

Gözlənilməz nəticələrdən biri Niderlandda qeydə alınıb. “Feyenoord”un qonağı olan “Bavariya” 0-3 hesabı ilə məğlub olub. Rotterdamlıların heyətində Santyaqo Ximenes 2 qolla diqqət çəkib. Daha bir epizodda Ayase Ueda qapını dəqiq nişan alıb.

Qeyd edək ki, 7 turdan sonra Liqa mərhələsinin yarış cədvəlinə 21 xalla “Liverpul” başçılıq edir. 3 xal az toplayan “Barselona” 2-ci yerdədir. Bu komandalar növbəti raunda vəsiqəni təmin edib. 3-cü, 4-cü yerləri isə “Arsenal” və “İnter” bölüşdürürlər.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 490 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 490 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 490 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 490 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 490 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 490 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 490 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 490 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 490 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 490 baxış
Seçilmişlər
icon