Pleyeri seçin:

Çempionlar liqasında bütün yarımfinalçılar müəyyənləşdi

20 aprel 2023 412 baxış

UEFA Çempionlar liqasında yarımfinalın son iştirakçıları müəyyənləşib.

İngiltərədə keçirilən matçda “Mançester Siti”yə 0-3 hesabı ilə uduzan “Bavariya” rəqibini “Alyans Arena”da qəbul edib. Qarşılaşma gözlənildiyi kimi ilk dəqiqələrdən gərgin mübarizə ilə əlamətdar olub. 37-ci dəqiqədə “şəhərlilər” penalti qazansalar da, Holand fərqlənə bilməyib. İlk hissə qolsuz yekunlaşıb.

Hesabı 57-ci dəqiqədə Erlinq Holand açıb. Bundan sonra “rekordmayster”in baş məşqçisi Tomas Tuxel ardıcıl əvəzetmələr etsə də, komanda yalnız 1 qol vura bilib. 83-cü dəqiqədə Yozua Kimmix 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib: 1-1. Qalan vatxda başqa qol olmayıb və 2 görüşün yekununda 4-1 hesabı ilə güclü olan “Mançester Siti” yarımfinalda “Real Madrid”ə rəqib olub.

Gecənin digər oyununda isə 6 qol vurulub. “İnter” və “Benfika” arasında “Cuzeppe Meatsa” arenasındakı matçda ilk yarı Barella və Eursnesin qarşılıqlı qolları ilə 1-1 hesabı ilə bitib. 2-ci hissədə “neradzurri” Lautaro və Xoakin Korreanın topları ilə 3-1 hesablı üstünlük qazansa da, “Benfika” vəziyyəti dəyişə bilib. 86-cı dəqiqədə Antonio Silva, artırılan dəqiqələrdə isə Petar Musa fərqlənib: 3-3.

Tərəflər arasında ilk görüş “İnter”in 2-0 hesablı qələbəsi ilə başa çatdığı üçün 2 oyunun yekununda İtaliya təmsilçisi yarımfinala yüksəlib. Baş məşqçi Simone İnzaqinin kollektivi bu mərhələdə əzəli rəqibi “Milan”la üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın ilk matçları mayın 9-u, cavab qarşılaşmaları isə mayın 16-sı keçiriləcək.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 412 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 412 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 412 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 412 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 412 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 412 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 412 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 412 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 412 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 412 baxış
Seçilmişlər
icon