Pleyeri seçin:

Çempionlar liqasında I tura yekun vurulub

20 sentyabr 2024 377 baxış

UEFA Çempionlar liqasında Liqa mərhələsinin I turuna yekun vurulub. Son oyun günündə maraqlı matçlardan biri Monakoda olub.

Eyniadlı komandanın qonağı olan “Barselona” artıq 11-ci dəqiqədə azlıqda qalıb. Erik Qarsiya birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Bir qədər sonra Manes Akliuş Knyazlıq təmsilçisini hesabda irəli çıxarsa da, 28-ci dəqiqədə Lamin Yamal tarazlığı bərpa edib. Bununla belə, 71-ci dəqiqədə fərqlənən Corc İlenixena “Monako”ya 2-1 hesablı qələbəni gətirib.

Eyni hesab İspaniyanın digər kollektivi “Atletiko”nun qarşılaşmasında da qeydə alınıb. Ancaq “blauqrana”dan fərqli olaraq Madrid klubu turu 3 xalla başa vurub. “Leypsiq”i qəbul edən “Atletiko” Benyamin Şeşkonun qolundan sonra hesabda geriyə düşsə də, Antuan Qrizman və Xose Mariya Ximenesin dəqiq zərbələri ilə matçdan qalib ayrılıb.

Ötən mövsüm Bundesliqa çempionu olmaqla yanaşı, Avropa liqasının finalına yüksələn “Bayer” də azarkeşlərini sevindirib. Niderlandın “Feyenoord” komandası ilə üz-üzə gələn Xabi Alonsonun yetirmələri 4 cavabsız topla güclü olublar. Rotterdamdakı “De Kip” arenasında keçirilən oyunda qonaqlardan dubl edən Floryan Virts, eləcə də Aleks Qrimaldo fərqlənib. Daha bir epizodda rəqibin qapıçısı Timon Vellenroyter avtoqol müəllifi olub.

I turun digər görüşlərinə gəldikdə, “Benfika” Serbiya səfərində “Srvena Zvezda”nı 2-1 hesabı ilə məğlub edib. Fransa təmsilçisi “Brest” eyni hesabla Avstriyanın “Şturm Qrats” klubuna qalib gəlib. “Atalanta” və “Arsenal” arasında İtaliyada keçirilən qarşılaşma isə qolsuz sülhlə bitib.

Bu nəticələrdən sonra Liqa mərhələsinin yarış cədvəlinə “Bavariya” başçılıq edir. “Dinamo Zaqreb”i 9-2 hesabı ilə məğlub edən “rekordmayster” top fərqinə görə digər komandaları qabaqlayır.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 377 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 377 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 377 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 377 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 377 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 377 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 377 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 377 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 377 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 377 baxış
Seçilmişlər
icon