Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Çempionlar liqasında ikinci finalçının adına aydınlıq gələcək.
Almaniyada 2-2 hesablı sülh bağlayan “Bavariya” və “Real” Madriddə üz-üzə gələcəklər.
“Santyaqo Bernabeu” arenasında keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunda ədalət prinsiplərini polşalı hakim Şimon Marçinyak qoruyacaq.
Cavab görüşü ərəfəsində “Bavariya”nın heyətində bir sıra itkilər var. Belə ki, Kinqsli Koman, Rafael Qerreyru və Saşa Boe zədəyə görə meydana çıxa bilmıyəcəklər. Kral klubunda isə David Alaba eyni səbəbdən qarşılaşmanı buraxır.
Qeyd edək ki, bu cütün qalibi finalda “Borussiya Dortmund”la üz-üzə gələcək. Fəxri mükafatın sahibini müəyyənləşdirəcək görüş İngiltərənin paytaxtı Londonda təşkil olunacaq. İyunun 1-i keçiriləcək qarşılaşma əfsanəvi “Uembli” arenasında baş tutacaq.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
