Pleyeri seçin:

Çempionlar liqasında qrup mərhələsinin son oyunları olub

14 dekabr 2023 510 baxış

UEFA Çempionlar liqasında qrup mərhələsinə yekun vurulub.

6-cı turun maraqlı oyunlarından biri “Antverpen” və “Barselona” arasında olub. 5 qolun qeydə alındığı matçda qələbəni Belçika təmsilçisi bayram edib. “Antverpen”dən Artur Vermeren, Vinsent Yanssen və Corc İlenixananın zərbələri dəqiq olub. “Blauqrana”nın gücü isə ancaq Ferran Torres və Mark Qiunun toplarına çatıb. 2-3 hesabı ilə uduzmasına baxmayaraq, “Barsa” H qrupunun qalibi kimi 1/8 finala yüksəlib.

“Portu” və “Şaxtyor” arasında baş tutan qrupun digər matçında 8 qol vurulub. “Draqao” stadionunda keçirilən görüşdə “əjdahalar” 5-3 hesabı ilə qalib gəliblər. “Portu”nun heyətində Qaleno ilə yanaşı, Mehdi Taremi, Pepe və Flavio Konseysao fərqlənib. Bu nəticədən sonra Portuqaliya klubu H qrupunu “Barsa”nın ardından 2-ci yerdə tamamlayaraq “pley-off”a adlayıb.

Dortmundda yerli “Borussiya” və “Pari Sen-Jermen” arasında oyun da gərginliyi ilə diqqət çəkib. Meydan sahibləri 51-ci dəqiqədə Kərim Adeyemenin qolu ilə önə çıxsalar da, çox keçmədən Varren Zair-Emeri tarazlığı bərpa edib. Qalan vaxtda başqa qol olmayıb və 1-1 hesabı ilə bitən görüşdən sonra “Borussiya” F qrupunu 1-ci, PSJ isə 2-ci yerdə tamamlayıb.

Bu qrupun digər qarşılaşmasında “Milan” səfərdə “Nyukasl”ı məğlub edib. “Sent-Ceyms Park”dakı matçda “sağsağanlar” ilk hissəni Joelinqtonun qolu ilə öndə tamamlasa da, “rossoneri” fasilədən sonra Pulişiç və Çukvuezenin topları ilə 2-1 hesabı ilə qalib gələrək, Avropa liqasında çıxış hüququ əldə edib.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 510 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 510 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 510 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 510 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 510 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 510 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 510 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 510 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 510 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 510 baxış
Seçilmişlər
icon