Çempionlar liqasında yenə bol qollu oyunlar olub
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.
Ötən tur gözlənilmədən “Real”a qalib gələn “Lill” bu dəfə Madridin digər komandası “Atletiko”dan güclü olub.
“Metropolitano” stadionunda keçirilən matçda Fransa təmsilçisi 3-1 hesablı qələbə qazanıb. “Lill”in uğurunda dubl edən Conatan Devid əsas pay sahibi olub.
Eyni hesab “Benfika” – “Feyenoord” görüşündə də qeydə alınıb. Lissabonda təşkil olunan qarşılaşmada Niderland klubunun qollarını dubl edən Antoni Milambo ilə yanaşı, Ayase Ueda vurub. Portuqaliya kollektivinin yeganə topu isə Kərəm Aktürkoğlunun aktivindədir.
2023-cü ilin çempionu “Mançester Siti” də turu 3 xalla başa vurub. “Sparta Praqa”nı qəbul edən “şəhərlilər”in əsas qol silahı Erlinq Holand bu matçda iki dəfə fərqlənib. Ümumilikdə isə mankunianlar rəqibin qapısından 5 cavabsız top keçirib.
İngiltərənin digər təmsilçisi “Liverpul” da azarkeşlərini sevindirib. Almaniyada “Leypsiq”in qonağı olan baş məşqçi Arne Slotun futbolçularına qələbə üçün bir qol kifayət edib. Dəqiq zərbənin müəllifi uruqvaylı forvard Darvin Nunyez olub.
Bu mövsüm qeyri-sabit çıxış edən “Bayer” növbəti dəfə xal itirib. Səfərdə Fransanın “Brest” klubu ilə üz-üzə gələn leverkuzenlilər görüşdə hesabı açsalar da, üstünlüyü qoruya bilməyiblər. Qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb.
İddialı “İnter” də növbəti qalibiyyətini əldə edib. İsveçrənin “Yanq Boyz” komandasının qonağı olan “neradzurri” Markus Türamın yeganə qolu sayəsində 3 xalı aktivinə yazıb.
Bu nəticələrdən sonra yarış cədvəlinə maksimum göstərici ilə “Aston Villa” və “Liverpul” klubları başçılıq edir. Liqa mərhələsinin 3-cü tur matçları isə noyabrın 5-i və 6-da təşkil olunacaq.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
