Çempionlar liqasının qrup mərhələsində 6-cı tur oynanılır
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar liqasında qrup mərhələsin 6-cı turunda maraqlı matçlardan biri “Old Trafford” arenasında keçirilib.
A qrupunun lideri “Bavariya” komandası “Mançester Yunayted”in qonağı olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Kinqsli Komanın dəqiq zərbəsi “rekordmayster”ə qələbə qazandırıb. Bu nəticədən sonra “Bavariya” A qrupunda xallarının sayını 16-ya çatdırıb. 6 oyundan sonra cəmi 4 xal toplayan “Mançester Yunayted” isə avrokuboklarla vidalaşıb.
Gecənin daha bir diqqət çəkən görüşü Berlində olub. Səfərdə “Union”la üz-üzə gələn “Real Madrid” çətinliklə qalib gəlib. 5 qolun vurulduğu qarşılaşmada “kral klubu”ndan Xoselu dubl edib. Daha bir top Dani Sebalyosun aktivindədir. “Union”dan isə Kevin Folland və Aleks Kralın zərbələri dəqiq olub.
Bütün görüşlərdə qələbə qazanaraq 18 xal toplayan “Real” C qrupunu 1-ci pillədə tamamlayıb. 2-ci yeri 10 xalla “Napoli” tutub. “Braqa” 4 xalla 3-cü, 2 xalı olan “Union” isə sonuncu pillədədir.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
