Cüdo üzrə dünya çempionu Zelim Kotsoyev vətənə dönüb
Yeniliklərdən dərhal xəbərdar olun
Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan cüdoçumuz Zelim Kotsoyev vətənə dönüb.
İdmançımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb.
Zelim Kotsoyev jurnalistlərə açıqlamasında həmişə dünya çempionu olmağı arzuladığını bildirib:
“Şəxsi məşqçim Elxan Məmmədov mənə “sən bunu bacara bilərsən, məşqlərə ciddi yanaş, rejimə əməl et” deyirdi. Bu yarışda çempion olduqdan sonra Hidayət mənə yaxınlaşaraq “görürsən, bu, mümkündür” sözlərini dedi. O mənə böyük motivasiya verdi.
Çox xoşbəxtəm ki, qızıl medal qazanmağa və Azərbaycanın himninin səsləndirilməsinə nail oldum. 2016-cı ildən buradayam və 3 rəngli bayrağımızı dalğalandırmaq üçün daim əlimdən gələni edirəm. Çalışacağam ki, olimpiadada da uğurla çıxış edib, fəxri kürsünün ən yüksək pilləsinə qalxım”.
Qeyd edək ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev dünya çempionatının finalında kanadalı Şadi Elnahası məğlub edərək 1-ci yeri tutub.
#Cüdo teqi istifadə olunub
- Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni dayandırdı - Baku TV
- Cüdoçularımız necə nəticə göstərir? - Cüdo üzrə dünya çempionatında son vəziyyət - Baku TV
- Dünya çempionluğu uğrunda yarışan cüdoçular Bakı tatamisində üz-üzə gəlirlər - Baku TV
- Cüdo üzrə dünya çempionatında Əhməd Yusifov Azərbaycana qızıl medal qazandırdı - Baku TV
- Ən yüksək məvacib alan milli məşqçiləri bəlli oldu | Yeni idman xəbərləri - Baku TV
